...

Azərbaycanın kişi hokkeyçiləri Avropa çempionatına gedir

Cəmiyyət Materials 21 İyul 2011 19:45 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası sabah İtaliyanın Kataniya şəhərinə yola düşəcək.
Azərbaycanın kişi hokkeyçiləri Avropa çempionatına gedir

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası sabah İtaliyanın Kataniya şəhərinə yola düşəcək. Məqsəd iyulun 24-dən 30-dək Kataniyada təşkil olunacaq Avropa çempionatında iştirak etməkdir.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamız bu dəfə qitə birinciliyinə daha ciddi və iddialı hazırlaşıb. Komandamızın heyəti Pakistandan və Özbəkistandan dəvət olunmuş bir neçə oyunçu hesabına gücləndirilib ki, bu da uzun illər yaxşı nəticə göstərə bilməyən kişi hokkeyçilərimizin daha yüksək diviziona keçməsi məqsədilə həyata keçirilib.

Seçmə kollektivimiz səviyyəcə III olan dəstədən II-yə, daha sonra isə "elita"da yarışan 8 ən güclü sırasında mübarizə aparmaq iddiasındadır.

Kişilərdən ibarət milli komandamızın yarış təqvimi belədir: "A" qrupunda yer alan hokkeyçilərimiz iyulun 26-da Xorvatiya, bir gün sonra isə İtaliya komandaları ilə qarşılaşacaqlar. İlkin mərhələ oyunlarının yekunlarına görə iyulun 29-da qruplarda 3-cü yerləri tutanlar görüşəcək. Təqvim üzrə həmin gün qruplarda I və II yerlərin sahibləri də "çarpaz" üsulla qarşılaşacaqlar. Daha sonra iyulun 30-da ilk oyun "üçüncülərin" mübarizəsində uduzanla "B" qrupunun 4-cüsü arasında baş tutacaq. İkinci matç yarımfinalda məğlub olanlar arasında olacaq və Avropa çempionatının bürünc mükafatçısı müəyyənləşəcək. Həmin gün keçiriləcək sonuncu görüşdə isə bir gün əvvəl yarımfinalda qalib gələnlər turnirin baş mükafatçısının kimliyinə aydınlıq gətirəcəklər.

Xəbər lenti

Xəbər lenti