...

Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 İyul 2011 12:53 (UTC +04:00)
Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb.
Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayıb (ƏLAVƏ OLUNUB)

3-cü abzasdan sonra əlavə olunub (İlk xəbər saat 10:29-da yayılıb)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ixtisas seçiminin iyulun 24-də başlaması nəzərdə tutulmuşdu, lakin iki gün əvvələ keçirildi.

Abbaszadə qeyd edib ki, ixtisas seçimi avqustun 2-dək davam edəcək. Abituriyentlər elektron ərizələrlə ixtisas siyahılarını təqdim edə bilərlər.

Komissiya sədrinin sözlərinə görə, TQDK-nın saytına ixtisas seçimini aparmaq üçün eyni vaxtda çox sayda istifadəçi daxil olduqda yüklənmə yarana bilərdi. Bu yüklənmənin qarşısının alınması üçün ixtisas seçiminə iki gün əvvəldən başlanıldı.

"Biz nəzərdə tutmuşduq ki, ixtisas seçiminə iyulun 24-dən başlayaq. Amma eyni vaxtda çox istifadəçi müraciət etdikdə provayderlər üçün problemlər yaranır. Bu gün saat 14:00-da II ixtisas qrupunun imtahanları bitən kimi biz sənəd qəbulu proqramını internetdə yerləşdirəcəyik. Artıq I, III və IV ixtisas qrupunun abituriyentləri imtahan nəticələrini bilirlər. Onlar bu gündən ixtisas seçiminə başlaya bilərlər. IV qrup üzrə yalnız bədən tərbiyəsi ixtisaslarını seçən abituriyentlər istisna olmaqla, digərləri sənəd verə biləcəklər. Çünki bu ixtisasları seçənlər iyulun 20-dən başlayaraq qabiliyyət imtahanı verirlər. Sonuncu qabiliyyət imtahanı iyulun 28-də keçiriləcək. II ixtisas qrupunun abituriyentləri isə prosesə yalnız onların imtahan nəticələri elan olunduqdan sonra qoşula biləcəklər", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti