...

Azərbaycan həndbolçularının Avro-2012-nin seçmə mərhələsində rəqibləri məlum oldu

Cəmiyyət Materials 22 İyul 2011 19:03 (UTC +04:00)
Avstriyanın Vyana şəhərində həndbol üzrə qadınlar arasında Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan həndbolçularının Avro-2012-nin seçmə mərhələsində rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Avstriyanın Vyana şəhərində həndbol üzrə qadınlar arasında Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycan milli komandasının rəqibləri məlum olub. IV səbətdə yer alan yığmamız I qrupda mübarizə aparacaq. Həndbolçularımız Niderlandda keçiriləcək finala çıxmaq uğrunda Almaniya, Belarus və Macarıstanla qüvvələrini sınayacaqlar.

Qrup mərhələsində ilk iki pilləni tutan komandalar final mərhələsinə yüksələcək. Birbaşa finala düşmüş iki komanda isə son Avropa çempionu Norveç və ev sahibi Nİderlanddır.

Xəbər lenti

Xəbər lenti