...

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 25 İyul 2011 12:34 (UTC +04:00)
Sabah Azərbaycanda isti hava şəriti davam edəcək.
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Sabah Azərbaycanda isti hava şəriti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 35-39 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti