...

Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə bəzi dəyişikliklər labbüddür - Hidayət Orucov

Cəmiyyət Materials 28 İyul 2011 12:59 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə bəzi dəyişikliklər edilməsi labüddür. Dəyişikliklər yaxın vaxtlarda ediləcək.
Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə bəzi dəyişikliklər labbüddür - Hidayət Orucov

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə bəzi dəyişikliklər edilməsi labüddür. Dəyişikliklər yaxın vaxtlarda ediləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı QMİ-də Ramazan ayı ilə bağlı keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

"QMİ yeni nizamnaməsini icmalara göndərəcək. İcmaların QMİ-yə tabeçiliyi məsələsi yeni qanunda aydın göstərilib. Yəni QMİ-yə yeni səlahiyyətlər verilib", - Orucov bildirib.

Onun sözlərinə görə, komitə bir müddət öncə icmaların qeydiyyatını dayandırıb. "Biz qanuna dəyişikliklərin gözlənildiyini bilirdik və qeydiyyat ona görə dayandırılmışdı. Ona görə də 219 dini icmanın işinə QMİ-nin təqdimatı ilə komitədə baxılır", - komitə sədri qeyd edib.

O əlavə edib ki, yeni qanunla bağlı icma təsisçilərinin sayı 10 nəfərdən 50-yə qaldırılıb.

Orucov deyib ki, indiyə kimi 520 İslam dini icması qeydiyyatdan keçib. Bunlara qeydiyyat vərəqəsi təqdim olunub, nizamnaməsi təsdiq olunub. Qanuna əsasən, yerli icmaların nizamnamələrinə dəyişiklik etməyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti