...

Azərbaycan və ABŞ fövqəladə hallara mülki hərbi hazırlıqla bağlı birgə seminar keçirib

Cəmiyyət Materials 29 İyul 2011 14:03 (UTC +04:00)
Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə "Fövqəladə hallara mülki hərbi hazırlıq proqramı" çərçivəsində seminar keçirilib.
Azərbaycan və ABŞ fövqəladə hallara mülki hərbi hazırlıqla bağlı birgə seminar keçirib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

İyulun 25-28-də Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə "Fövqəladə hallara mülki hərbi hazırlıq proqramı" çərçivəsində seminar keçirilib.

Trend-in FHN-in saytına istinadən yaydığı məlumata görə, seminarda subasmaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə masaüstü təlim təşkil olunub. Tədbirdə həmçinin Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Səhiyyə nazirliklərinin, Dövlət Sərhəd Xidməti, "Azerenerji" ASC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti