...

Bu ilin birinci yarısında 93 müxtəlif cinayətin üstü açılıb - Mədət Quliyev

Cəmiyyət Materials 29 İyul 2011 19:18 (UTC +04:00)
Bu ilin birinci yarısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrinin əməliyyat aparatlarının respublika hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 93 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb.
Bu ilin birinci yarısında 93 müxtəlif cinayətin üstü açılıb - Mədət Quliyev

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrinin əməliyyat aparatlarının respublika hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 93 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb. Bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev PX-nin 2011-ci ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib. Kollegiya iclasında PX rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin rəisləri, Təşkilat-Nəzarət İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Quliyevin sözlərinə görə, qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. 2011-ci ilin birinci yarım ili ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 11 940 manat pul, 106 litr spirtli içki, 78 mobil telefon, 161,2 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.

PX rəisi kollegiya iclasında onu da bildirib ki, hesabat dövrü ərzində müasir beynəlxalq standartlara tam cavab verən yeddi yeni müəssisənin və Bakı istintaq təcridxanasının ikinci buraxılış obyetləri üzrə tikinti işləri davam etdirilib.

Xəbər lenti

Xəbər lenti