...

Sinoptiklər Azərbaycanda avqust ayının hava proqnozunu açıqladı

Cəmiyyət Materials 30 İyul 2011 14:13 (UTC +04:00)
Avqust ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Sinoptiklər Azərbaycanda avqust ayının hava proqnozunu açıqladı

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İsabalayeva/

Avqust ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Ay ərzində yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərə nisbətən aşağı enəcəyinə və norma daxilində tərəddüd edəcəyinə səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 27-28° isti gözlənilir ki, bu da iqlim normasından 1-2° yüksəkdir. Gecələr 19-24° isti təşkil edəcək.

Gündüzlər 30-35° isti, ayrı-ayrı günlərdə 38-40°-dək yüksələcək.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 26-28° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.

Gecələr 18-23° isti təşkil edəcək. Gündüzlər 30-35° isti, ayrı-ayrı günlərdə 38-42°-dək yüksələcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperatur 18-20° isti gözlənilir ki, bu da iqlim normasından yüksəkdir.

Gecələr 11-16° isti təşkil edəcək, gündüzlər 20-25° isti, ayrı-ayrı günlərdə 29-34°-dək yüksələcək.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 25-26° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.

Gecələr 18-23° isti təşkil edəcək. Gündüzlər 30-35° isti, ayrı-ayrı günlərdə 37-39°-dək yüksələcək.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperatur 23-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir.

Gecələr 16-21° isti təşkil edəcək. Gündüzlər 27-32° isti, ayrı-ayrı günlərdə 34-37°-dək yüksələcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 26-28° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.

Gecələr 19-24° isti təşkil edəcək. Gündüzlər 32-37° isti, ayrı-ayrı günlərdə 40-42°-dək yüksələcək.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperatur 25-27° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.

Gecələr 18-23° isti təşkil edəcək. Gündüzlər 29-34° isti, ayrı-ayrı günlərdə 36-38°-dək yüksələcək.

Xəbər lenti

Xəbər lenti