...

Azərbaycan milli yığması 2014-cu ildə keçiriləcək Dünya çempionatının təsnifat mərhələsində Rusiya millisi ilə oynayacaq

Cəmiyyət Materials 31 İyul 2011 07:39 (UTC +04:00)
Azərbaycan milli yığması 2014 Dünya çempionatının təsnifat mərhələsində Rusiya millisi ilə oynayacaq
Azərbaycan milli yığması 2014-cu ildə keçiriləcək Dünya çempionatının təsnifat mərhələsində Rusiya millisi ilə oynayacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan milli yığması 2014-cu ildə keçiriləcək Dünya çempionatının təsnifat mərhələsində Rusiya millisi ilə oynayacaq. F qrupunda olan digər komandalar bunlardır: Şimali İrlandiya, Portuqaliya, Lüksemburq, və İsrail.

Hazırki dünya çempionları İspanya I qrupunda Fransa, Belarus, Gürcüstan və Finlandiya ilə yarışacaq.

Avropa seçmə turniri qalan qruplarının tərkibi:
A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels;
B qrupu: İtaliya, Danimarka, Çex Respublikası, Bolqarıstan, Ermənistan, Malta;
C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adaları, Qazaxıstan;
D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra;
E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya;
G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, Litva, Latviya, Lixtenşteyn;
H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San Marino.

Bu təsnifat mərhələsi üçün püşkatma Rio de Janeiroda şənbə günü keçirilib.

2014-cü ildə Dünya çempionatı Braziliyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti