...

ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 12-15-də Azərbaycanda keçiriləcək

Cəmiyyət Materials 6 Avqust 2011 13:38 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) siyasətlərinin müəyyənləşdirilməsi, büdcələrinin, iş fəaliyyətlərinin müzakirəsi məqsədilə avqustun 29-dan başlayaraq, təşkilatın Regional Komitələrinin illik iclasını keçirəcək.
ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 12-15-də Azərbaycanda keçiriləcək

Azərbaycan, Bakı, 6 avqust / Trend , müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) siyasətlərinin müəyyənləşdirilməsi, büdcələrinin, iş fəaliyyətlərinin müzakirəsi məqsədilə avqustun 29-dan başlayaraq, təşkilatın Regional Komitələrinin illik iclasını keçirəcək. Trend-in ÜST-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu iclaslar 6 region üzrə avqustun 29-dan oktyabrın 5-dək təşkil ediləcək.

İlk iclas 29 avqust - 2 sentyabrda ÜST-nin Afrika Regional Komitəsi üçün təşkil ediləcək. Bu komitənin 61-ci sessiyası Kot Divuar Respublikasının Abidjan şəhərində olacaq.

ÜST-nin Cənub-Şərqi Asiya Regional Komitəsinin 64-cü sessiyası sentyabrın 6-9-da Hindistanda, Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 12-15-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

ÜST-nin Qərbi Sakit Okean Regionun 62-ci sessiyası sentyabrın 19-23-də Filippinin Manila şəhərində, Amerika Regionunun 63-cü sessiyası sentyabrın 26-30-da ABŞ-ın Vaşinqton şəhərində, Şərqi Aralıq dənizi ölkələri Regionun 58-ci sessiyası isə oktyabrın 2-5-də Suriyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti