...

Azərbaycan telekanallarının lisenziyalaşdırılması ilə bağlı müzakirələrin vaxtı açıqlanıb

Cəmiyyət Materials 16 Avqust 2011 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) avqustun 22-də bir sıra televiziya və radio kanallarına lisenziyasının uzadılması məsələsinə baxacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.

"İlin sonuna qədər bir çox televiziyaların (həmçinin kabel televiziyalarının) və radio kanallarının lisenziyanın uzadılması məsələsinə baxılmalıdır", - o bildirib.

Şura sədrinin sözlərinə görə, bir iclasda lisenziya müddətinin uzadılması ilə bağlı 3-4 müraciətə baxılacaq.

Məhərrəmli qeyd edib ki, bu nəsələ ilə bağlı digər bir iclasın avqustun 30 ya 31-də keçirilməsi planlaşdırılır.

MTRŞ artıq bu il "Neptun" firmasının kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

2011-ci il avqustun 31-də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC), "Kəpəz TV", "Burç FM" radiosu, sentiyabrın 15-də "Dünya TV", "Mingəçevir TV", "Anten FM", sentiyabrın 30-da isə "Azad Azərbaycan" Televiziya və Radio Şirkəti (ATV), "Türkel TV", oktyabrın 14-də "Qütb TV" və xeyli sayda kabel televiziyasının lisenziya müddəti başa çatacaq.

Xəbər lenti

Xəbər lenti