...

Bakıda səhiyyə, stomatologiya və gözəllik sərgiləri keçiriləcək

Cəmiyyət Materials 1 Sentyabr 2011 16:03 (UTC +04:00)
Sentyabrın 13-15-də Bakıda "Iteca Caspian" şirkəti və onun tərəfdaşı - Britaniyanın "ITE Group Plc" şirkətinin təşkilatçılığı ilə 17-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi, 6-cı Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi, V Beynəlxalq "Gözəllik və estetik tibb" sərgisi keçiriləcək.
Bakıda səhiyyə, stomatologiya və gözəllik sərgiləri keçiriləcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 13-15-də Bakıda "Iteca Caspian" şirkəti və onun tərəfdaşı - Britaniyanın "ITE Group Plc" şirkətinin təşkilatçılığı ilə 17-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi, 6-cı Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi, V Beynəlxalq "Gözəllik və estetik tibb" sərgisi keçiriləcək. "Iteca Caspian" şirkətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu ilki səhiyyə sərgisində 13 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkətin iştirakı gözlənir.

Sərgidə geniş çeşiddə tibbi məhsul və xidmətlər, tibb və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və bir çox digər məhsullar, həmçinin "xaricdə müalicə" sektoru təqdim olunacaq. Sərgi Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilir.

Stomatologiya sərgisində stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdiriləcək.

"Gözəllik və estetik tibb" sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər iştirak edəcəklər. Bu sərgidə geniş çeşiddə peşəkar kosmetika, bədənə qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar, mezoterapiya məhsulları və bir çox digər məhsullar təqdim olunacaq.

İlk dəfə olaraq, bu il sərgidə kollagen kosmetik vasitələr və sürətli diş ağardıcı sistemlər nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti