...

Ermənistan yol polisinin 350-yə yaxın əməkdaşı işdən çıxarılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 16:17 (UTC +04:00)
Ermənistan yol polisi sistemindən 300-350 əməkdaşın çıxarılması nəzərdə tutulur.
Ermənistan yol polisinin 350-yə yaxın əməkdaşı işdən çıxarılacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ermənistan yol polisi sistemindən 300-350 əməkdaşın çıxarılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə polis rəisi Alik Sarkisyan bildirib.

"Artıq yol polisindən 40-50 əməkdaş çıxarılır. Onların bir hissəsini pensiyaya göndərirəm. Digərləri piylənmədən əziyyət çəkir, onların xarici görünüşləri yol polisi obrazına uyğun gəlmir. Mən onları başqa qulluğa və kabinet işinə göndərirəm", - Sarkisyan cümə axşamı jurnalistlərə hökumətin iclasından sonra məlumat verib.

Bununla yanaşı, Sarkisyan bəyan edib ki, bu, bir çox ölkələrdə qəbul edilmiş normal haldır.

Xəbər lenti

Xəbər lenti