...

Kartof qan təzyiqini azaldan ən yaxşı vasitədir

Cəmiyyət Materials 1 Sentyabr 2011 17:50 (UTC +04:00)
Ekspertlər müəyyən ediblər ki, gündə bir neçə kartof porsiyası qan təzyiqini eynilə yulaf yarması kimi, çəkini artırmadan aşağı salmağa qadirdir.
Kartof qan təzyiqini azaldan ən yaxşı vasitədir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ekspertlər müəyyən ediblər ki, gündə bir neçə kartof porsiyası qan təzyiqini eynilə yulaf yarması kimi, çəkini artırmadan aşağı salmağa qadirdir.

Deyirlər ki, kartof artıq çəki yığır və onu pəhrizə daxil etmək olmaz. Amma Skrenton Universitetinin əməkdaşı Co Vinsonun sözlərinə görə, bu, heç də belə deyil.

Trend-in "The Times of India"ya istinadən verdiyi məlumata görə, əslində, əgər kartof qızardılmasa və yağsız və ya soussuz təqdim edilsə, onda bir kartof dilimində yalnız 110 kalori və xeyli miqdarda vitamin və bioloji aktiv maddələr olacaq.

Co Vinson özünün axırıncı tədqiqatında iştirak etmək üçün artıq çəkidən və yüksək təzyiqdən şikayət edən 18 nəfərdən ibarət könüllü qrupu yığıb. Onlara bir ay ərzində gündə iki dəfə 6-8 ədəd kartof dilimi yemək tapşırılıb. Nəticədə diastolik qan təzyiqinin orta göstəriciləri 4,3 faiz, sistolik təzyiqin isə 3,5 faiz aşağı düşüb.

Təəssüf ki, kartofun yüksək istilikli emalı ondakı faydalı birləşmələri dağıdır. Nəticədə piy, mineral maddələr və nişasta qalır. Halbuki tədqiqatda yalnız mikrodalğalı sobada hazırlanmış kartofdan istifadə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti