...

İflic gənclər və uşaqlar üçün real təhlükəyə çevrilir

Cəmiyyət Materials 2 Sentyabr 2011 20:32 (UTC +04:00)
Birləşmiş Ştatlarda getdikcə daha çox uşaqlar və gənclər iflicin qurbanına çevrilirlər. Həkimlər həyəcan təbili çalırlar.
İflic gənclər və uşaqlar üçün real təhlükəyə çevrilir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Birləşmiş Ştatlarda getdikcə daha çox uşaqlar və gənclər iflicin qurbanına çevrilirlər. Həkimlər həyəcan təbili çalırlar. Onlarin fkrincə, hər şeyin günahı qeyri-sağlam həyat tərzindədir.

Trend-in məlumatına görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşları 1995-ci ildən 2008-ci ilədək müşahidə olunan səkkiz milyon xəstənin tibb kartını təhlil ediblər.

Məlum olub ki, 5-44 yaşlı şəxslər arasında iflic hallarının təkrarlanması son 10 il ərzində təxminən 3 dəfə artıb. Bununla yanaşı, iflic keçirən şəxslərdə adətən yüksək qan təzyiqi, diabet və piylənmə qeydə alınıb. Ümumilikdə mütəxəssislər trombların əmələ gətirdiyi işemik iflic və hemorraqik (beyinə qan sızma) iflicin aşkara çıxarılması üzrə məlumatları təhlil ediblər.

5-14 yaş qrupunda işemik iflic göstəriciləri 31 faiz artıb. 15-34 yaşlı şəxslər arasında göstəricilər 30 faiz, 35-44 yaşlılar arasında isə 37 faiz çoxalıb. Bütün yaş qruplarında bu artım əsasən kişilərin hesabına təmin olunub.

Hemorraqik iflicin statistikasına gəldikdə, burada 5-14 yaş qrupundan başqa xəstəliyin azalması müşahidə olunub. İşemik iflic keçirən 35-44 yaşlı xəstələrin yarısından çoxunda hipertoniya aşkar edilib.

Digər risk amilləri sırasına pis qidalanma, siqaret çəkmə, diabet və piylənmə daxildir.

Xəbər lenti

Xəbər lenti