...

Bakı Şəhər Təhsil İdarəsi anonim müraciətlərə baxılmasının dayandırılmasını təklif edir

Cəmiyyət Materials 6 Sentyabr 2011 11:44 (UTC +04:00)
Bakı Şəhər Təhsil İdarəsi anonim müraciətlərə baxılmasının dayandırılmasını təklif edir.
Bakı Şəhər Təhsil İdarəsi anonim müraciətlərə baxılmasının dayandırılmasını təklif edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər Təhsil İdarəsi anonim müraciətlərə baxılmasının dayandırılmasını təklif edir.

"Anonim müraciətlərə baxılması dayandırılmalıdır", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib.

Rzaquliyeva bildirib ki, Təhsil Nazirliyinin "qaynar xətt"inə Bakı şəhərindəki müəssisələrlə bağlı daxil olan 420 müraciətin əksəriyyəti anonim olub.

Onun sözlərinə görə, anonim müraciətlərin araşdırılması məktəblərdə işin gedişinə mənfi təsir göstərir.

"Ona görə də vətəndaşların müraciətlərinə baxılma qaydalarına uyğun olaraq, anonim müraciətlərə baxılması dayandırılmalıdır", - Rzaquliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti