...

Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 6 Sentyabr 2011 16:19 (UTC +04:00)
Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq müzakirə olunub.
Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq müzakirə olunub.

Azərbaycanın iqtisadi qüdrətinin artması müdafiə sənayesi sahəsinə müsbət təsir edib. Trend-in Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə nazir Yavər Camalov Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Nazir Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə geniş məlumat verib. O, ötən illər ərzində əldə olunan nailiyyətləri ölkə iqtisadiyyatının inkişafı ilə əlaqələndirib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılması və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin başçısı Adilbek Caksıbekov səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Səfər cərçivəsində nümayəndə heyəti nazirliyin müəssisələrində istehsal olunan məmulatlarla yaxından tanış olub.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti