...

Erməni kəndləri "birincilərsiz" qalıb

Cəmiyyət Materials 7 Sentyabr 2011 11:29 (UTC +04:00)
Erməni kəndləri "birincilərsiz" qalıb
Erməni kəndləri "birincilərsiz" qalıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Ermənistanda 30-dan artıq kənddə şagirdlərin olmaması səbəbindən birinci sinifləri təşkil etmək mümkün olmayıb. Bəzi kəndlərdə 2-3 şagirdin olması böyük nailiyyət sayılır. Trend-in məlumatına görə, bu barədə "Aykakan Jamanak" qəzeti yazır.

Belə acınacaqlı mənzərə Ermənistanın beş vilayətində - Sünik, Şirak, Geqarkunik, Lori və Araqatsontda müşahidə olunub. Digər vilayətlərdə nəticələrə yekun vurulmadığından onlardan məlumat almaq mümkün olmayıb.

Adları çəkilən vilayətlərdə elə məktəblər var ki, birinci sinifdə cəmi bir şagird oxuyur.

"Birinci sinifdə cəmi 2-5 şagirdin oxuduğu kənd məktəbləri böyük əksəriyyət təşkil edir və bu göstərici böyük uğur hesab edilməyə başlayıb", - məqalədə deyilir.

Vilayət administrasiyasının təhsil idarəsinin əməkdaşları hazırkı vəziyyəti əvvəlki illərlə müqayisə etməyə çətinlik çəkirlər. Yalnız Geqarkunik vilayət administrasiyasından qeyd ediblər ki, əgər ötən il vilayətin təkcə iki kəndində birinci sinif olmamışdısa, bu gün belə kəndlərin sayı 6-ya çatır.

Xəbər lenti

Xəbər lenti