...

Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətlərin əksəriyyəti evlərin sökülməsi ilə bağlıdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Sentyabr 2011 11:18 (UTC +04:00)
Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı ombudsmana edilən müraciətlərin əksəriyyəti vətəndaşların evlərinin sökülməsi ilə əlaqədardır.
Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətlərin əksəriyyəti evlərin sökülməsi ilə bağlıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı ombudsmana edilən müraciətlərin əksəriyyəti vətəndaşların evlərinin sökülməsi ilə əlaqədardır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev sənədsiz evlərdə çoxdan məskunlaşmış vətəndaşlara mülkiyyətlə bağlı sənədlərin verilməsi barədə göstəriş verib.

Süleymanova sənədi, çoxdan yaşayış olan evlərin sahiblərinə xəbər verilmədən sökülməsi hallarının olduğunu bildirib.

O, bu cür faktların ev sahiblərinə psixoloji sarsıntı gətirə biləcəyini də söyləyib.

"Bir sıra hallarda evlərin sökülməsini onunla izah edirlər ki, həmin evlərin sənədləri yoxdur. Elə adamlar da var ki, onların illərdir yaşadığı evlər quruculuq işləri ilə bağlı sökülür. O zaman biz də məcbur oluruq ki, bu məsələni qaldıraq. Belə adamlara adekvat kompensasiya verilməlidir. Həmçinin, əvvəlcədən xəbərdarlıq edilməlidir ki, sakində psixoloji stres vəziyyəti yaranmasın. Məmurlar tərəfindən qayda-qanunlara riayət edilsə, şikayətlər də bu qədər çox olmaz", - Süleumanova əlavə edib.

Xəbər lenti

Xəbər lenti