...

Azərbaycanda ötən ay 2 milyon kvadratmetrdən çox ərazi minadan təmizlənib

Cəmiyyət Materials 8 Sentyabr 2011 15:20 (UTC +04:00)
Avqust ayı ərzində 2 617 815 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 2 milyon kvadratmetrdən çox ərazi minadan təmizlənib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Avqust ayı ərzində 2 617 815 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

681 PHS, 7 ədəd tank və 6 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

İndiyədək ümumilikdə 169 646 894 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 663 147-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Füzuli, Goranboy, Tərtər, Gəncə, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Avqust ayı ərzində mina və PHS hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti