...

Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri gələn həftənin əvvəlində açıqlanacaq

Cəmiyyət Materials 10 Sentyabr 2011 10:41 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirdiyi sınaq imtahanlarının nəticələrini gələn həftənin ilk günlərində açıqlayacaq.
Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri gələn həftənin əvvəlində açıqlanacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirdiyi sınaq imtahanlarının nəticələrini gələn həftənin ilk günlərində açıqlayacaq.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə şənbə günü Trend-ə bildirib ki, ilk sınaq imtahanı bu gün keçirilir. 2,5 saat davam edən imtahanda namizədlərə baza fənləri üzrə 100 sual təqdim edilib.

Növbəti sınaq imtahanı isə sentyabrın 11-də keçiriləcək. Bu imtahanda da ixtisas fənləri üzrə 100 sual təqdim ediləcək.

Ümumilikdə sınaq imtahanlarında 656 namizədin iştirakı gözlənilir.

Sınaq imtahanı Bakı şəhərində keçirilir.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib.

Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti