...

Quba rayonunda ilk dəfə olaraq kişilərin sayı qadınların sayını üstələyib

Cəmiyyət Materials 11 Sentyabr 2011 14:13 (UTC +04:00)
Quba rayon Statistika İdarəsinin rəisi Yusif Abidovun verdiyi məlumata görə, 155624 nəfər ümumi əhalinin 78699 nəfəri kişi, 76925 nəfəri isə qadındır.
Quba rayonunda ilk dəfə olaraq kişilərin sayı qadınların sayını üstələyib

Azərbaycan, Quba, 11 sentyabr /Trend, müxbir E. Mamasifov/

Quba rayon Statistika İdarəsinin rəisi Yusif Abidovun verdiyi məlumata görə, 155624 nəfər ümumi əhalinin 78699 nəfəri kişi, 76925 nəfəri isə qadındır.

Hazırda Qubada hər 1000 nəfər kişiyə 976 qadın düşür.Son bir ildə yeni doğulan körpələr arasında da oğlanların sayı üstünlük təşkil edir. Belə ki, dünyaya gələn 3150 körpənin 1714-ü oğlan, 1436-ı qızdır. Mütəxxəsislər kişi və qadınlar arasında yaranan qeyri bərabərliyi kriminal abortlarla yəni, cinsinə görə dölün ana bətnində məhv edilməsi ilə əlaqələndirirlər. Onlar selektiv abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri-bərabərlik yaratdığına, nəticədə oğlan uşaqlarının sayının qız uşaqlarının sayını ötdüyünə diqqət çəkərək bunun gələcək üçün böyük problemə səbəb olacağını deyirlər.

Tibb sahəsində çalışanlar da son illər abortların sayının artmasını təsdiqləyirlər. Ginekoloq Yeganə Ağayevanın sözlərinə görə son zamanlar abortların sayının artması onları da narahat edir. Həkim-ginekoloq problemdən çıxış yolunu ultrasəs müayinəsinin tamamilə ləğv edilməsində görür.

Dində aborta münasibətə gəlincə, ilahiyatçı Haci Mirələsgər Seyidov İslamda abortun haram buyurulduğunu bildirir. Onun fikrincə Allah özünün həyat verdiklərinin hamısın sevir, onları öldürənləri isə lənətləyir. Ana bətnində özünü müdafiə etmək imkanı olmayan canlının öldürülməsi İslamda bağışlanmaz günah sayılır.

Qeyd edək ki, ölkədə bu sahədə olan problemlərin aradan qaldırılması məqsədi ilə "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin yeni variantı hazırlanıb. Layihənin parlamentin payız sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti