...

Azərbaycanda gənclərin elmi layihələri üzrə müsabiqə elan ediləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Sentyabr 2011 11:37 (UTC +04:00)
Bu ilin noyabrında gənclərin elmi layihələri üzrə müsabiqə elan ediləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
Azərbaycanda gənclərin elmi layihələri üzrə müsabiqə elan ediləcək (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (ilk xəbər 10:41-də yayılıb)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu ilin noyabrında gənclərin elmi layihələri üzrə müsabiqə elan ediləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

Babayevin sözlərinə görə, müsabiqənin qalibləri 2012-ci il fevralın 2-də - Gənclər Günündə elan ediləcək.

"Elmin İnkişaf Fondunun 2011-ci ildə təşkil etdiyi birinci müsabiqədə qalib layihələrin sayı 2010-cu illə müqayisədə 2 dəfə artıb", - Babayev qrant layihələrin idarə olunması və yerinə yetirilməsi üzrə təqdimat zamanı deyib.

Onun sözlərinə görə, 82 layihə qrant şəklində dəstəklənəcək. Bu müsabiqə üzrə maliyyələşdirmə həcmi 6 milyon 600 min manatdır.

Xəbər lenti

Xəbər lenti