...

ÜST Azərbaycandakı məhkumların narkotikdən asılılığını azaltmaq üçün proqram həyata keçirəcək

Cəmiyyət Materials 12 Sentyabr 2011 15:22 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan həbsxanalarındakı məhkumların narkotikdən asılılığını azaltmaq üçün metadom proqramını həyata keçirməyi nəzərdə tutur.
ÜST Azərbaycandakı məhkumların narkotikdən asılılığını azaltmaq üçün proqram həyata keçirəcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan həbsxanalarındakı məhkumların narkotikdən asılılığını azaltmaq üçün metadom proqramını həyata keçirməyi nəzərdə tutur. Bunu Bakıda Trend-ə Ümumdünya Səhiyyə Təşklilatının (ÜST) Avropa Regional Komitəsinin alkoqol, qadağan olunmuş narkotik üzrə proqramın rəhbəri Lars Moller deyib.

Onun sözlərinə görə, bu proqram hazırda Azərbaycanda əhali arasında keçirilir.

"ÜST isə çalışır ki, metadom proqramının istifadəsi artıq həbsxanalarda həyata keçirilsin. Hazırda bu proqram yalnız əhali üçün keçirilir, həbsxanalar isə ondan kənarda qalır. Bizim məlumatımıza görə, həbsxanalarda narkotik istifadəçiləri daha çoxdur", - ÜST rəsmisi deyib.

Mollerin sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda narkotikdən istifadə edənlərlə bağlı vəziyyət bir o qədər də pis deyil.

Azərbaycanda narkotikdən daha çox kimlərin istifadə etdiyinə gəldikdə, Moller bununla bağlı konkret fikir söyləyə bilməyəcəyini deyib. Amma o əlavə edib ki, adətən, bütün ölkələrdə bununla bağlı eyni vəziyyət müşahidə edilir. Əsasən, təhsili az olan və olmayan insanlar narkotikdən daha çox istifadə edirlər.

"Bir çox ölkələrdə narkotik vasitələrin daşınmasına nəzarət etmək çox çətindir. ÜST-nin əsas məqsədi odur ki, əhali arasında narkotik vasitələrin istifadəsi dayandırılsın və narkotikdən istifadə edənlər arasında onun müalicəsi gücləndirilsin", - Moller deyib.

Xəbər lenti

Xəbər lenti