...

Azərbaycanda hakimliyə növbəti qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:12 (UTC +04:00)
Sentyabrın 18-də Azərbaycanda hakimliyə namizədlər üçün növbəti imtahan keçiriləcək.
Azərbaycanda hakimliyə növbəti qəbul imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sentyabrın 18-də Azərbaycanda hakimliyə namizədlər üçün növbəti imtahan keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən Trend-ə verilən məlumata görə, hakimliyə namizədlərlə sentyabrın 18-də Bakı İdman Sarayında keçiriləcək test imtahanı ilə bağlı təşkilati məsələlər Komitənin iclasında müzakirə edilib.

İmtahan tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaq. Test sualları bilavasitə imtahan keçirilən zalda çoxsaylı yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10:00-dan etibarən seçiləcək.

Hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni şəxsiyyət vəsiqəsini təqdim etməklə Hakimlərin Seçki Komitəsindən almalıdırlar. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

6 ay davam edən sənəd qəbulu zamanı 414 hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürüb, onların imtahanlara hazırlaşmalarına kömək məqsədilə müvafiq kurslar təşkil edilib.

100-dən çox namizədin iştirak etdiyi kurslarda hüququn müxtiəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışları dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti