...

ÜST: Miqrantların gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Sentyabr 2011 14:32 (UTC +04:00)
Miqrantların ölkələrə gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır.
ÜST: Miqrantların gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 14:21-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Miqrantların ölkələrə gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Agis Tsouros deyib.

Onun sözlərinə görə, hər bir ölkə miqrantların sağlamlığını qiymətləndirməlidir.

"Əgər miqrant yoluxucu xəstəlik daşıyıcısıdırsa, o, müalicə olunmalıdır", - ÜST rəsmisi deyib.

Tsouros hesab edir ki, bu halda əhali də miqrantın ölkəyə gətirdiyi xəstəlikdən qorunmuş olar. Onun fikrincə, bu məsələdə əsas problem qeyri-qanuni miqrantlarla bağlıdır. Ölkəyə qanunsuz gələn miqrantların müvafiq dövlət orqanlarından gizlənməsi insanların sağlamlığının qorunması üçün də təhlükələr yaradır.

"Ölkədə elə sistem olmalıdır ki, miqrant ölkəyə qeyri-qanuni gəlsə belə, xəstəliyi ilə bağlı səhiyyə müəssisəsinə müraciət etdikdə qorxmasın. Tibb müəssisələrinə müraciət miqrantın ölkədən deportasiya edilməsi üçün səbəb olmamalıdır. Eyni zamanda, miqranta virus mənbəyi kimi də baxılmamalıdır", - proqram direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti