...

Azərbaycanda məzunların qəbul imtahanında zəif nəticə göstərən rayon məktəblərində araşdırmalara başlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2011 15:58 (UTC +04:00)
Təhsil Problemləri İnstitutu məzunların qəbul imtahanında aşağı nəticə göstərən rayon orta məktəblərində tədrisin problemlərinin araşdırılmasına başlayıb.
Azərbaycanda məzunların qəbul imtahanında zəif nəticə göstərən rayon məktəblərində araşdırmalara başlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu məzunların qəbul imtahanında aşağı nəticə göstərən rayon orta məktəblərində tədrisin problemlərinin araşdırılmasına başlayıb. Bunu çərşənbə axşamı Trend-ə İnstitutun direktor müavini Yəhya Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda araşdırmalar Ağsu rayonunda aparılır.

Ağsu rayonunda bu il imtahan vermiş 514 nəfərdən cəmi 40 nəfər ali təhsil müəssisəsinə qəbul olunub (7,78 faiz) və onlardan dörd nəfər 500-dən artıq bal toplaya bilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011/2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı yaydığı araşdırmada bu il Daşkəsən, Ağsu, İmişli, Lerik, Qobustan, Ağcabədi, Xaçmaz, Şamaxı, Zərdab, Hacıqabul və Kürdəmir rayonları, eləcə də Naxçıvan MR-in Sədərək, Kəngərli və Şərur rayonlarından olan məzunların nəticələrinin çox aşağı olduğu bildirilir. Həmin rayonlarda cari ilin məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Araşdırmalara görə, ən yüksək nəticəni Bakı, Sumqayıt şəhərlərinin və Qax rayonunun builki məzunları göstəriblər.

Xəbər lenti

Xəbər lenti