...

İnsulinli sprey yaddaş zəifliyinin müalicəsinə kömək edə bilər

Cəmiyyət Materials 15 Sentyabr 2011 13:41 (UTC +04:00)
İnsulinli sprey yaddaş zəifliyinin müalicəsinə kömək edə bilər
İnsulinli sprey yaddaş zəifliyinin müalicəsinə kömək edə bilər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Tədqiqatçılar gözlənilməz kəşf ediblər. Damcı formasında insulini içərisinə çəkən xəstələrdə yaddaş belə müalicə almayanlarla müqayisədə yaxşılaşıb, altsheymer xəstəliyindən əziyyət çəkənlərin iş qabiliyyəti artıb. Bu barədə Trend "ABC News" agentliyinə istinadən xəbəbr verir.

"Bu həqiqətən də həyəcanlandırıcı xəbərdir. İkinci tip diabetdən əziyyət çəkən adamlarda altsheymer xəstəliyinə yoluxma risqinin yüksək olduğu artıq çoxdan məlumdur. Diabetin müalicəsi zamanı istifadə olunan insulinin altsheymer xəstəliyi ilə müalicədə tətbiq edilməsinin mümkünlüyünü bilmək vacib idi", - "АВС News"un "Tibb və sağlamlıq" rubrikasının baş redaktoru, doktor Riçard Besser deyir.

İnsulin qan təzyiqinin tənzimlənməsində və hüceyrələrin reqenerasiyasında mühüm rol oynayır. "Biz bilirik ki, insulin beynin enerji ilə təmin olunmasına kömək edir, o həm də əsəblərin qarşılıqlı təsirinə kömək etməklə beynin artım amili qismində işləyir. Aşağı dozada insulin alan xəstələrdə funksiyaların sönməsi ləngiyir və qısamüddətli yaddaşda bir sıra yaxşılaşmalar müşahidə olunur", - Besser qeyd edir.

Lakin ekspertlər tədqiqatın böyük olmadığı barədə xəbərdarlıq edirlər. O, dörd ay davam edib və ona yalnız 104 xəstə cəlb olunub. Hərçənd belə müalicənin təhlükəsiz və effektiv olduğunu söyləmək hələ tezdir. Lakin gələn yay ekspertlər daha genişmiqyaslı və ardıcıl axtarışlar aparmağı planlaşdırırlar. Onlar hələlik gimnastika ilə məşğul olmağı tövsiyə edirlər. Axı fiziki hərəkətlər zamanı insulinin səviyyəsi yüksəlir.

Xəbər lenti

Xəbər lenti