...

ÜST-nin Avropa Regional Komitəsinin Bakıdakı sessiyası çərçivəsində bir neçə sənəd imzalanıb

Cəmiyyət Materials 15 Sentyabr 2011 15:52 (UTC +04:00)
Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində bir neçə sənəd imzalanıb.
ÜST-nin Avropa Regional Komitəsinin Bakıdakı sessiyası çərçivəsində bir neçə sənəd imzalanıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ. İsabalayeva/

Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində bir neçə sənəd imzalanıb.

Trend-in məlumatıma görə, ÜST Avropa Regional Komitəsinin sədri Suzana Jakob jurnalistlərə açıqlamasında bildirib ki, sənədlərdən biri qeyri-infeksion xroniki xəstəliklərə qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, sessiyada qeyri-infeksion xroniki xəstəliklərlə mübarizəyə dair fəliyyət planı üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib. Bakı Bəyannaməsi adlanan sənəd 2020-ci ilə qədər olan dövrü əhatə edir.

"Qəbul etdiyimiz digər bir vacib sənəd isə Avropada spirtli içkilərlə mübarizəyə aiddir. İlk növbədə onu deyim ki, Azərbaycanda spirtli içkilərin istehlakının vəziyyəti qənaətbəxşdir. Avropada isə vəziyyət tam əksinədir. Bildiyiniz kimi, spirtli içkilər ikinci risk qrupuna daxildir", - komitə sədri deyib.

O bildirib ki, qəbul olunan digər bir sənəd isə antibiotiklərin rezident formalarına qarşı fəaliyyətlə bağlıdır.

Jakob qeyd edib ki, antibiotiklər infeksion xəstəliklərlə mübarizədə əsas alətdir. Bu sənədin qəbulunda məqsəd xəstəliklərin yayılmasının qarşısını almaqdır.

"Sessiyada dərmanlara qarşı vərəmin rezident formalarına dair sənəd də qəbul olunub. Təəssüflər olsun ki, bu gün dünya üzrə bu xəstəlikdən əziyyət çəkənlərin 20 faizi Avropadadır. Bizi narahat edən başqa bir məsələ isə Avropada artmaqda olan HİV-QİÇS virusudur ki, buna qarşı da fəaliyyət planı qəbul etdik", - ÜST rəsmisi açıqlayıb.

Jakob qəbul edilən sənədlərin 2011-2020-ci illəri əhatə etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti