...

Azərbaycan jurnalistləri Gəncədə mükafatlandırılacaq

Cəmiyyət Materials 15 Sentyabr 2011 18:25 (UTC +04:00)
Gəncə şəhərində oktyabrın ilk ongünlüyündə "Dövlət müstəqilliyimiz və media" mövzusunda ümumrespublika konfransı keçiriləcək.
Azərbaycan jurnalistləri Gəncədə mükafatlandırılacaq

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Gəncə şəhərində oktyabrın ilk ongünlüyündə "Dövlət müstəqilliyimiz və media" mövzusunda ümumrespublika konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasının cümə axşamı yaydığı məlumatda bildirilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş toplantı Mətbuat Şurasının və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutacaq. Tədbirdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə dövlət rəsmiləri və ziyalılar iştirak edəcəklər.

Konfransda Azərbaycan mətbuatının tarixi ənənələrindən söhbət açılacaq, onun 1918-ci ildə dövlət müstəqilliyinin qazanılmasındakı rolu təhlil olunacaq, həmçinin XX əsrin sonlarına doğru müstəqilliyin bərpası yolundakı xidmətləri müzakirə olunacaq. Ötən 20 ildə ölkə mediasının əldə etdiyi uğurlar, üzləşdiyi problemlər ətrafında fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin milli müstəqilliyin əldə edilməsində müstəsna xidmətləri olan kütləvi informasiya vasitələrinin, eləcə də ayrı-ayrı jurnalistlərin mükafatlandırılmaları, fəxri fərmanlarla təltifi nəzərdə tutulur.

Konfrans çərçivəsində Gəncədə 18 oktyabrda tarixi şəhərdə son vaxtlar həyata keçirilən işlərlə bağlı jurnalistlərin geniş məlumatlandırılması da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti