...

Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlimin keçirilməsi qaydaları açıqlanıb

Cəmiyyət Materials 16 Sentyabr 2011 12:07 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlimin keçirilməsi qaydalarını açıqlayıb.
Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlimin keçirilməsi qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin idarə edilməsi üzrə təlimin keçirilməsi qaydalarını açıqlayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlimin keçirilməsi qaydaları "Yol hərəkəti haqqında" qanunla tənzimlənir.

İdarə sözçüsü bildirib ki, qanunun tələbinə görə, ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.

Onun sözlərinə görə, yaşayış zonaları, avtomagistrallarda fərdi qaydada və sürmə təlimi keçirməyə icazə verilən şəxs tərəfindən təlimin keçirilməsi qadağandır.

"Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir", - Əliyev vurğulayıb.

Şöbə rəisinin sözlərinə görə, sürmə təlimi verən şəxs üçün də müəyyən tələblər nəzərdə tutulub.

Əliyev bildirib ki, sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük təcrübəsinə malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır.

Əliyevin sözlərinə görə, qanun sürmə təliminin şəxsi avtomobillərlə keçirilməsini də qadağan edir. Şəxsi avtomobillərlə təlim keçirildikdə həm təlim keçən, həm də təlim keçilən şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır.

Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi "Təlim nəqliyyat vasitəsi" tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır.

"Bu, həmin şəxsin təhlükəsizliyi təmin edə bilməsi üçün vacibdir", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 152.2-ci maddəsinin tələbinə görə, təlim keçilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 60 manat miqdarında cərimə olunmalıdır.

Təlim keçən şəxs isə İXM-nin 152-3.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 40 manatdan altmış manatadək miqdarda cərimə nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti