...

Alimlər Yaxın Şərqdə nəhəng qədim şəkilləri araşdırırlar: onların minilliklər boyu mövcud olduğu bildirilir

Cəmiyyət Materials 17 Sentyabr 2011 13:57 (UTC +04:00)
Alimlər Yaxın Şərqdə yerin üst qatında Perunun Naska yaylasındakı obyektləri xatırladan minlərlə sirli şəklin tədqiq olunması üzrə irimiqyaslı əməliyyatlara başlayıblar.
Alimlər Yaxın Şərqdə nəhəng qədim şəkilləri araşdırırlar: onların minilliklər boyu mövcud olduğu bildirilir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Alimlər Yaxın Şərqdə yerin üst qatında Perunun Naska yaylasındakı obyektləri xatırladan minlərlə sirli şəklin tədqiq olunması üzrə irimiqyaslı əməliyyatlara başlayıblar. Bu "şəkillər" hazırkı İordaniya, Səudiyyə Ərəbistanı və Suriyanın ərazisində aşkar edilib. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" qəzeti yazır. Mütəxəssislər gələcəkdə məşhur şəkillərin sayının artacağını iddia edirlər.

Təyyarədən və peyk vasitəsilə çəkilən fotoşəkillər yerin üst səthində çəkilmiş və yalnız böyük hündürlüyü ilə fərqlənən minlərlə geoqlifin təsvirlərini nümayiş etdirir. Bununla yanaşı, artıq müəyyən edilib ki, dairəvi formada olan sirli obyektlər Naska yaylasındakı şəkillərdən qədimdir. Yaxın Şərq geoqliflərinin yaşı iki min ilə çatır. Tarixçilər arxeoloqlarla birgə onların nə məqsədlə yaradıldığını aydınlaşdıra bilmirlər.

"Təkcə İordaniyada biz daş tikililər tapdıq ki, onların sayı Naska yaylasındakından daha çoxdur, onlar daha böyük ərazini tuturlar və həm də daha qədimdirlər", - Qərbi Avstraliya Universitetinin klassik və qədim tarix professoru Devid Kennedi bildirib.

"Ehtimal ki, insanlar onlar haqqında dəqiq təsəvvürə malik olmadan yüzilliklər və minilliklər boyu onlar üzərindən addımlayıb, onların yanından keçiblər. Yerli bədəvilər bu geoqlifləri "qocaların işi" adlandırırlar. Şəkillər tez-tez donmuş lava axınında yonulub. Onlar çox unikaldırlar - daha əvvəl heç vaxt buna bənzərini görməmişəm", - professor Kennedi qeyd edib.

Bu şəkillərin mənası aydın olmayaraq qalır. Hələlik yalnız onların heç bir astronomik məna kəsb etmədiyi məlumdur.

İlk dəfə bu təsvirləri 1927-ci ildə Britaniya aviasiyasının təyyarəçisi, leytenant Persi Meytlend aşkar edib. Lakin onların aerofoto şəkillər və Google Earth-ün məlumatları əsasında irimiqyaslı tədqiqatına bizim dövrümüzdə başlanılıb. Hələlik bu şəkillərin dəqiq sayı da hesablanmayıb. Lakin professor Kennedi əmindir ki, artıq minlərlə şəkil barədə danışmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti