...

Qazlı içkilər piylənmə, diabet və ürək xəstəliklərinə səbəb olur

Cəmiyyət Materials 19 Sentyabr 2011 12:34 (UTC +04:00)
Qazlı içkilər piylənmə, diabet və ürək xəstəliklərinə səbəb olur
Qazlı içkilər piylənmə, diabet və ürək xəstəliklərinə səbəb olur

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Şirin qazlı içkilər rasiondan tam çıxarılaraq adi su ilə əvəz olunarsa, bu, təkcə diabetin deyil, ürək xəstəliklərinin inkişafı riskini də əhəmiyyətli dərəcədə azaldar. Bu qənaətə Harvard Universitetinin alimləri gəliblər.

Mütəxəssislərin hesablamalarına görə, rasionun bu cür dəyişdirilməsi risklərin 7 faiz azalmasına və artıq çəkinin itirilməsinə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi yazır. Harvar İctimai Sağlamlıq Məktəbinin professoru Frenk Hu bildirir ki, "qazlı sudan müntəzəm istifadə piylənmə, diabet və ürək xəstəlikləri riskinin artması ilə müşayiət olunur".

Professor məsləhət görür ki, bu risklərdən müdafiə olunmaqdan ötrü adi suya keçilməsi vacibdir. Ən azı, şirin olmayan çay və kofe içmək olar. Məlumdur ki, insan bədəninin 55-78 faizi sudan ibarətdir. Əgər orqanizm 10 faizdən çox su itirərsə, o zaman ölüm təhlükəli ciddi susuzlaşma diaqnozu qoyulur.

Orqanizmin normal fəaliyyət göstərməsi üçün gündə bir litrdən yeddi litrədək su içmək lazımdır. Həkimlər məsləhət görürlər ki, ətraf mühitin temperaturu yüksək və fiziki yüklənmə də fəal olarsa, daha çox həcmdə sudan istifadə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti