...

Qrip əleyhinə vaksinin uşaqlar üçün təhlükəli olmasının səbəbi aydınlaşıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 10:51 (UTC +04:00)
Ötən il qripə qarşı Fluvax vaksini Qərbi Avstraliyadakı 251 uşaqda xoşagəlməz fəsada yol açıb. Uşaqlarda güclü ürəkbulanma, qızdırma, 57 uşaqda isə qıcolmalar qeydə alınıb.
Qrip əleyhinə vaksinin uşaqlar üçün təhlükəli olmasının səbəbi aydınlaşıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Ötən il qripə qarşı Fluvax vaksini Qərbi Avstraliyadakı 251 uşaqda xoşagəlməz fəsada yol açıb. Uşaqlarda güclü ürəkbulanma, qızdırma, 57 uşaqda isə qıcolmalar qeydə alınıb. Bu, həmin vaksinin beş yaşından kiçik uşaqlar üçün istifadəsinə qadağa qoyulması ilə nəticələnib. Nəhayət, alimlər buna nəyin səbəb ola biləcəyini aydınlaşdırıblar. Trend-in məlumatına görə, bu barədə "The West Australian" qəzeti xəbər verir.

Yoluxucu Xəstəliklər Laboratoriyasının Epidemiologiya şöbəsindən professor Hit Kelli qrip viruslarının parçalanması üçün istifadə olunan kimyəvi birləşməni aşkar edib. "Medical Journal of Australia" jurnalının səhifələrində dərc olunan məqalədə məhz onun əlavə effektlərə gətirib çıxara biləcəyi qeyd edilir.

Söhbət deoksixolatdan gedir. Bu, virusları parçalamağa və onların qılafını götürməyə imkan verən detergentdir. Ondan istifadə təkcə Avstraliyada deyil, həm də Avropa və Kanada da mənfi reaksiyalarla bağlı olub. Məlumdur ki, Fluvax deoksixolatdan istifadə olunan yeganə vaksindir.

Ekspertin sözlərinə görə, əlavə effektlər çox güman ki, deoksixolatın virusları (söhbət əsasən donuz qripi virusu H1N1-dən gedir) lazımi şəkildə parçalaya bilməməsindən irəli gəlir. Düzgün parçalanmamış viruslar uşaqların immun sistemi üçün həddindən artıq güclü ola bilər.

Xəbər lenti

Xəbər lenti