...

Portağaldan yanacaq əldə etməyin yolu tapılıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 15:16 (UTC +04:00)
Portağaldan yanacaq əldə etməyin yolu tapılıb
Portağaldan yanacaq əldə etməyin yolu tapılıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Portağaldan yanacaq əldə etməyin yolu tapılıb.

Professor Ceyms Klark iddia edir ki, onun yaratdığı mikrodalğalı soba portağalın qabığını məhv edərək maddə əldə etməyə qadirdir. Sonradan həmin maddədən yağ, plastmas və avtomobil yanacağı emal etmək mümkündür. Mikrodalğa metodu qoz, alma qabığı, kofe, düyü qabığı kimi məhsullardan da yanacaq əldə etməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Express.co.uk" nəşri yazır.

Professor Klarkın fikrincə, meyvə yanacağının böyük perspektivləri var. O xatırladıb ki, dünyada ən iri portağal şirəsi istehsalçısı olan Braziliyada ildə 8 milyon tonadək portağal qabığı utilizasiya olunur. Yeri gəlmişkən, bütün bu tullantılar benzinə çevrilə bilər.

Professor Ceyms Klarkın yanacaq istehsalı üzrə mikrodalğalı qurğusu adi mikrodalğalı sobaya oxşayır. Onun istehsalına 200 min funt sterlinq xərclənib. Professor dekabradək saatda 30 kiloqramadək tullantını emal edən mikrodalğalı sobanın tam işlənmiş modelini təqdim etməyi planlaşdırır.

Alimin hesablamalarına görə, 1 milyon funta bir saat ərzində altı ton qida tullantısı emal edə biləcək soba düzəltmək mümkündür. O hesab edir ki, gələcəkdə belə bir qurğu adi hadisə ola bilər, onlar ölkənin hər yerindəki ticarət mərkəzlərində, kafe və restoranlarda quraşdırılacaqlar.

1 ton portağal qabığından 80 litr benzin alınır

Portağal və yosunlardan avtomobil benzini istehsalı barədə İspaniyanın Valensiya vilayətinin hakimiyyəti də fikirləşib. Burada yetişdirilən portağal və limonlar ildə 37,5 milyon litrədək etanol buraxmağa imkan verir.

Tullantıların hər bir tonundan 80 litr avtomobil benzini almaq olar. Valensiyada portağal və limonun illik istehsalı 4 milyon ton təşkil edir. Yerli məmurlar artıq hesablayıblar ki, portağal- destillə zavodunun istismara verilməsindən sonra region yanacaq ixracından asılılığı 40 faiz azalda və 2,5 min yeni iş yeri aça bilər. Portağaldan əldə olunacaq etanolun İspaniyada lazım olan avtomobil yanacağının cəmi 1 faizini təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti