...

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Cəmiyyət Materials 24 Sentyabr 2011 18:23 (UTC +04:00)
Şənbə günü DİN-in Polis Akademiyasında bu il əyani fakültəyə qəbul olmuş müdavimlərin andiçmə mərasimi keçirilib. Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Şənbə günü DİN-in Polis Akademiyasında bu il əyani fakültəyə qəbul olmuş müdavimlərin andiçmə mərasimi keçirilib. Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyəti salamladı və respublikanın daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun təbrikini, ən xoş arzularını təntənəli mərasim iştirakçılarına çatdırdı. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirildi, andiçmə mərasiminə başlanıldı.

Tədbirdə daxili işlər orqanlarının veteranı Qüdrət Süleymanov və valideyn Ramazan Hadıyev çıxış edərək bildirdilər ki, bu gün I kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənclərə dövlət qayğısı daha da gücləndirilmişdir. Ümummilli liderimizin bu sahədəki siyasəti hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Andiçmə mərasimi şəxsi heyətin "Polis Akademiyasının marşı"nın sədaları altında təntənəli keçidi ilə başa çatdı.

Sonra polis general-mayoru N.Əliyev Akademiyanın klubunda valideynlərlə görüşərək bu ali təhsil ocağında müdavimlər üçün yaradılmış şərait, tədris olunan ixtisas fənləri, maddi-texniki baza barəsində ətraflı məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.

Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert keçirildi.

Xəbər lenti

Xəbər lenti