...

Sabah Azərbaycanın bəzi ərazilərinə leysan yağacaq

Cəmiyyət Materials 26 Sentyabr 2011 12:55 (UTC +04:00)
Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Azərbaycanın bəzi ərazilərinə leysan yağacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti