...

Azərbaycanda qış vaxtına keçidin tarixi açıqlanıb

Cəmiyyət Materials 28 Sentyabr 2011 12:06 (UTC +04:00)
Oktyabrın 30-u saat 05:00-dan etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Bu barədə çərşənbə günü Trend-ə Nazirlər Kabinetindən bildirilib.
Azərbaycanda qış vaxtına keçidin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın 30-u saat 05:00-dan etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Bu barədə çərşənbə günü Trend-ə Nazirlər Kabinetindən bildirilib.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı ilə 17 mart 1997-ci ildən həyata keçirilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Nazirlər Kabinetindən həmçinin bildirilib ki, Azərbaycan hökuməti yay və qış vaxtlarına keçidin ləğvi məsələsinə baxmır.

Xəbər lenti

Xəbər lenti