...

Sabah Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 28 Sentyabr 2011 12:05 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava nibətən mülayimləşəcək
Sabah Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 22-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə təşkil edəcək.

Yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən cənub küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti