...

Allahşükür Paşazadə: Müəyyən qüvvələr Qafqazda separatizmi yaymaq istəyirlər

Cəmiyyət Materials 29 Sentyabr 2011 11:19 (UTC +04:00)
Müəyyən qüvvələr Qafqazdakı etnik və dini müxtəliflikdən istifadə edib, burada separatizmi yaymaq istəyirlər.
Allahşükür Paşazadə: Müəyyən qüvvələr Qafqazda separatizmi yaymaq istəyirlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Müəyyən qüvvələr Qafqazdakı etnik və dini müxtəliflikdən istifadə edib, burada separatizmi yaymaq istəyirlər. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu gün etnik və dini ekstremizm Qafqaz üçün bəladır. Hər bir qafqazlı öz dini etiqadına sadiq qalaraq, bu cür çağırışlardan uzaq olmalıdır", - Paşazadə bildirib.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti