...

Azərbaycan millətlərarası və dinlərarası münasibətlər modelidir - Moskva patriarxı

Cəmiyyət Materials 29 Sentyabr 2011 13:18 (UTC +04:00)
Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir.
Azərbaycan millətlərarası və dinlərarası münasibətlər modelidir - Moskva patriarxı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak edən Moskva Patriarxlığının Kilsə və cəmiyyət arasında qarşılıqlı münasibətlər şöbəsinin sədri Vsevolod Çaplin bildirib.

Çaplinin sözlərinə görə, Qafqaz Balkanlar və Qüds kimi dünya ictimai prosesləri üçün əsas regiondur.

"Bəşəriyyətin gələcəyi Qafqazdakı vəziyyətin inkişadından asılıdır. Bu nağıl deyil, Qafqazda baş verən çoxlu sayda tarixi hadisələrdən irəli gələn reallıqdır", - Çaplin deyib.

Onun sözlərinə görə, eyni zamanda Qafqaz müxtəlif xalqların dinc yanaşı yaşamasına nümunədir. Ekstremizm və terrorizm haqqında danışarkən, Moskva Patriarxlığının nümayəndəsi deyib ki, etiqad amili sosial və siyasi ziddiyyətlərin aradan qaldırılması üsulu ola bilər.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti