...

Azərbaycanın dövlət qulluğunda 400 vakant yer yaranıb

Cəmiyyət Materials 30 Sentyabr 2011 12:47 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu məsələləri üzdə komissiyanın sədr müavini Vəfadar Misirov deyib.
Azərbaycanın dövlət qulluğunda 400 vakant yer yaranıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Gələn həftə Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqə elan olunacaq.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, bütün dövlət orqanları üzrə 400-ə yaxın vəzifənin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

"Mərkəzi icra hakimiyyəti orqanları, məhkəmə orqanları və digər orqanlara qəbul həyata keçiriləcək" Misirov əlavə edib.

Xəbər lenti

Xəbər lenti