...

Rabitə Nazirliyi pulsuz telefon çəkmək üçün kampaniyaya başlayır

Cəmiyyət Materials 30 Sentyabr 2011 18:09 (UTC +04:00)
BTRİB oktyabr ayının 1-dən dekabr ayının 10-a kimi texniki imkan olan kabelləşdirilmiş köhnə və yeni binalarda əhali və təşkilatlara 1-ci və 2-ci telefonu 50% güzəştli tariflə, 2 ədəd telefon çəkənlərə isə 3-cü telefonu pulsuz çəkmək üçün kampaniyaya başlayacaq.
Rabitə Nazirliyi pulsuz telefon çəkmək üçün kampaniyaya başlayır

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) oktyabr ayının 1-dən dekabr ayının 10-a kimi texniki imkan olan kabelləşdirilmiş köhnə və yeni (yeni kabelləşdirilən binalardan və hava rabitə xətləri olan ərazilərdən başqa) binalarda əhali və təşkilatlara 1-ci və 2-ci telefonu 50% güzəştli tariflə, 2 ədəd telefon çəkənlərə isə 3-cü telefonu pulsuz çəkmək üçün kampaniyaya başlayacaq. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.

Kampaniya Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illik yubileyi və Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar keçirilir.

BTRİB-in ATS-lərində istifadəçilərə müasir telefon rabitəsi xidmətlərinin göstərilməsi üçün quraşdırılmış tutumlardan hazırda 150 minə yaxın nömrə resursu boşdur.

Xəbər lenti

Xəbər lenti