...

Nyu-Yorkda "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının premyerası olacaq (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2011 13:21 (UTC +04:00)
ABŞ-da dekabrın 4-də Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının premyerası olacaq.
Nyu-Yorkda "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının premyerası olacaq (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir M.Əliyev/

ABŞ-da dekabrın 4-də Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının premyerası olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılmış teatrda səhnələşdiriləcək tamaşa Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun anadan olmasının 200 illik yubileyinə həsr olunacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Tamaşada rolları Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ifa edəcəklər.

Nyu-York Azərbaycan Teatrının yaradılmasında məqsəd zəngin Azərbaycan mədəniyyəti, o cümlədən teatrını ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir. Teatrın gələcək planlarında Azərbaycan dramaturgiyasının digər incilərinin də səhnələşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti