...

Azərbaycanda 2 peşə məktəbi akkreditasiyadan keçib

Cəmiyyət Materials 1 Dekabr 2011 17:36 (UTC +04:00)
Dekabrın 1-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda 2 peşə məktəbi akkreditasiyadan keçib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 1-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda hər iki məktəbin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib. Hər iki təhsil müəssisəsinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti