...

Azərbaycanın görkəmli din xadiminin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Cəmiyyət Materials 2 Dekabr 2011 11:05 (UTC +04:00)
Bakıda Azərbaycanın görkəmli din xadimi, Qafqaz müsəlmanlarının 8-ci şeyxülislamı Axund ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir.
Azərbaycanın görkəmli din xadiminin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir İ.İsabalayeva/

Bakıda Azərbaycanın görkəmli din xadimi, Qafqaz müsəlmanlarının 8-ci şeyxülislamı Axund ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov tədbirdə bildirib ki, 1871-ci ildə anadan olmuş Axund ağa Əlizadə 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam vəzifəsinə təyin olunub.

AXC-nin süqutundan sonra QMİ və şeyxulislam vəzifəsi ləğv edilib.

"1920-30-cu illərdə dövlətin dinə qarşı sərt siyasəti nəticəsində məscidlərimiz dağıdıldı. Bu illər ərzində Axund ağa Əlizadə dinsiz dövlətin təzyiqlərinə məruz qaldı", - Kərimov deyib.

O qeyd edib ki, Axund ağa Əlizadə 1944-cü ilin mayında yenidən QMİ-nin sədri, şeyxülislam seçilib. Axund ağa Əlizadə 1954-cü il dekabrın 15-də 85 yaşında vəfat edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə isə Axund ağa Əlizadənin xidmətlərindən geniş şəkildə danışıb.

O, bildirib ki, bu gün qazanılmış müstəqilliyin, azadlığın bizə bəxş etdiyi hüquq və imkanlardan yararlanarkən sələflərimizin, o cümlədən Axund ağa Əlizadənin sovet dönəmində üzləşdiyi çətinlikləri yaddan çıxarmamalıyıq.

Paşazadə deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqat azadlığının təmini üçün ümummilli lider Heydər Əliyev müstəsna xidmətlər göstərib.

"Bu gün Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında, dövlət-din münasibətlərinin tənzimlənməsində, müqəddəs inanc yerlərinin bərpasında, ziyarətgahların abadlaşdırılmasında isə ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi əməyi var", - Paşazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti