...

Çağırış komissiyaları həqiqi hərbi xidmətlə bağlı hansı qərarı verə bilərlər?

Cəmiyyət Materials 2 Dekabr 2011 13:51 (UTC +04:00)
Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni hazırlanmış qanun layihəsinə rayon, şəhər, şəhərin rayon çağırış komissiyalarının təqdim edəcəyi qərarlar ayrıca maddə ilə qeyd olunub.
Çağırış komissiyaları həqiqi hərbi xidmətlə bağlı hansı qərarı verə bilərlər?

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni hazırlanmış qanun layihəsinə rayon, şəhər, şəhərin rayon çağırış komissiyalarının təqdim edəcəyi qərarlar ayrıca maddə ilə qeyd olunub.

Trend-in məlumatına görə, qanun layihəsində göstərilib ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq, çağırış komissiyaları beş qərardan birini çıxarmalıdırlar.

Bunlar "Müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında", "Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında", "Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında", "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında" və "Hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında" qərarlardır.

Qanun layihəsində qeyd olunur ki, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim-mütəxəssislər tərəfindən, zərurət olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirlər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi ümumilikdə vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması, həqiqi hərbi xidmətə çağırış, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə, hərbi xidmət, hərbi xidmətkeçmə, ehtiyatda xidmət fəsillərini özündə əks etdirir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə olunaraq parlamentin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qanun layihəsi mövcud "Hərbi xidmət keçmənin əsasları" və "Hərbi vəzifə haqqında" qanunların birləşməsini özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti