...

Bakının bir neçə rayonuna suyun verilməsində məhdudiyyət olacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 11:06 (UTC +04:00)
Dekabrın 5-6-da Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş.Əzizbəyov, M.Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının bir neçə rayonuna suyun verilməsində məhdudiyyət olacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Dekabrın 5-6-da Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş.Əzizbəyov, M.Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Suyun verilməsində məhdudiyyətlərin yaranmasına səbəb əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə uyğun olaraq, məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti