...

Azərbaycanda gələn ildən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 12:25 (UTC +04:00)
Azərbaycanda gələn ildən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılacaq.
Azərbaycanda gələn ildən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda gələn ildən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılacaq.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət qulluqçularının fəaliyətinin qiymətləndirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilib.

"Bu məqsədlə komissiya Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt şəhər İcra Hakimiyyətində layihələr həyata keçirəcək", - Komissiya sədri deyib.

Xəlilov bildirib ki, layihələr Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilir və məqsəd işçiləri dövlət qulluqçularının, xüsusilə rəhbər işçilərin fəaliyyətinin qiymətləndirilməsi mexanizimi ilə tanış etməkdir.

Xəbər lenti

Xəbər lenti