...

Azərbaycanda gələn ildən yeni ali məktəb fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 13:24 (UTC +04:00)
Azərbaycanda gələn ildən yeni ali məktəb fəaliyyətə başlayacaq.
Azərbaycanda gələn ildən yeni ali məktəb fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda gələn ildən yeni ali məktəb fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bazar ertəsi Trend-ə bildirilib ki, Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı fərmana uyğun olaraq, ARDNŞ-nin strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılıb.

Məlumata görə, tədris prosesinin Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar.

Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələr yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti